Evimizdə aksesuarlar əsasən qonaq otağı, yataq otağı və eyvan dizaynında istifadə edilir. Lakin, son zamanlarda dekorasiyasına önəm verilən otaqlardan biri də vanna otağıdır. Bəs hamam aksesuarlarına nələr daxildir və hamamınızı göstərişli və modern, həm də təmizliyini daha əlvərişli edən hansı məhsullardan istifadə etməliyik? Bu sualı hamam aksesuarlarının kateqoriyaları əsasında cavablandıra bilərik.

Duş Seti

Vanna otağınızda duş seti seçiminizin keyfiyyətli olması həm rahatlığınız üçün, həm də estetik görünüş üçün önəmlidir. Bizim sizə tövsiyə gördüyümüz isə asqılı duş dəstləridir. Çünki bu məhsular həm görüntü, həm də əlverişli istifadə baxımından olduqca komfortludur.

Dəsmal Asqısı

Dəsmal asqı seçimləri ilə siz hamamınızda daha səliqəli görünüş yarada bilərsiniz. Dəsmal asqıları alarkən onun rəng və materialı hamamın ümumi dizaynına görə seçildikdə, otaqda daha modern görünüş yaranacaqdır.

Sabun və Diş Fırça Qabları

Sabun və diş fırça qabları vanna otağında vacib olan məhsullardan biridir. Parlaq, mərmər və ya metal sabun qabları əlüzyuyanızla gözəl görünəcək. Diş fırçası qabları hamamda səliqəli və estetik görünüş yaratmaqla yanaşı, həm də hamamınızın rəng ahənginə və tərzinə tamamilə uyğun olacaq.

Hamam Rəfi

Hamam aksesuarları içərisində ən çox istifadə edilən, əlverişli və səliqəli görünüş yaradan məhsullardan biri də hamam rəfidir. Şampun, saç kremi və digər məhsullarınızı səliqəli düzmək üçün hamam rəflərinin alternativi yoxdur. Vanna otağının ölçüsünə görə, tək, cüt yaxud üçlü hamam rəf setlərini seçə bilərsiniz.

Tualet Fırçaları

Tualet fırçaları demək olar ki, hər hamamda qarşımıza çıxır. Tualet fırçalarının plastik və metal çeşidləri mövcuddur. Hamam otağına seçilən məhsulların metal olmasına üstünlük verdiyiniz zaman məhsul rəngini dəyişmir və paslanmır.

Paltar Səbəti

Paltar səbəti həm rəng, həm də çeşidlərinə görə ən geniş hamam aksesuarlarından biridir. Qapaqlı olan paltar səbətləri hamam üçün idealdır. Həsirdən, həmçinin plastik materialdan olan bu məhsulların istifadəsi rahat və əlverişlidir. Paltar səbəti, hamamın dizaynına uyğun olaraq seçildikdə, hamam otağı çox modern, gözəl görünür.

Vanna Taburetləri

Hamamda uşaqların rahatlığı və təhlükəsizliyini təmin etmək istəyirsinizsə bu işdə vanna taburetləri sizə kömək edəcək. Qatlana bilən taburetlər hamam otağında kiçik yer tutmaqla bərabər, rəng və tərzləri ilə uşaqlarınıza daha əyləncəli gələcək.

Tualet Qapaqları

Əgər evinizdə tualet və duş kabinə birlikdədirsə, bu zaman vacib olan hamam dekorlarından biri də tualet qapağıdır. Duş aldığınızda tualetinizin üstünü qapatmaq üçün istifadə olunan bu məhsullar, hamam təmizliyi zamanı sizin işinizi daha da asanlaşdıracaq.